Bələdçi

FiveM Necə Oynanılır?

FiveM haqqında ilk dəfə eşidənlərə mürəkkəb görünə bilər, amma quraşdırma cəmi bir neçə addımdan ibarətdir. Aşağıda GTA V-dən FivemAze serverinə qoşulana qədər hər addımı izah edirik.

FiveM nədir?

FiveM, Grand Theft Auto V oyununa quraşdırılan pulsuz bir modifikasiya proqramıdır (klient) və oyunçulara rəsmi GTA Online-dan tamamilə fərqli, xüsusi qurulmuş serverlərdə (freeroam, roleplay və s.) oynamaq imkanı verir. FivemAze da belə serverlərdən biridir — Azərbaycan oyunçuları üçün hazırlanmış freeroam təcrübəsi təqdim edir.

Addım-addım quraşdırma

  1. Lisenziyalı Grand Theft Auto V əldə edin

    FiveM rəsmi olaraq yalnız lisenziyalı GTA V ilə işləyir. Oyunu Steam, Epic Games Store və ya Rockstar Games Launcher üzərindən əldə edə bilərsiniz. Pirat versiyalar FiveM ilə işləmir.

  2. FiveM klientini yükləyin

    Rəsmi fivem.net saytından FiveM klientini yükləyin və quraşdırın. Quraşdırma zamanı proqram lazımi əlavə faylları avtomatik yükləyəcək — bu, internet sürətinizdən asılı olaraq bir neçə dəqiqə çəkə bilər.

  3. FivemAze serverinə qoşulun

    Ən sürətli yol — birbaşa qoşulma linkinə keçmək: https://cfx.re/join/koyopr. Link brauzerdə açılan kimi FiveM avtomatik başlayır və sizi birbaşa FivemAze serverinə bağlayır. Alternativ olaraq FiveM içindəki server siyahısından "FivemAze" adı ilə də axtara bilərsiniz.

  4. Personajınızı yaradın və oyuna başlayın

    Serverə ilk dəfə qoşulanda qısa bir tanışlıq mərhələsindən keçəcəksiniz. Bundan sonra şəhəri sərbəst gəzə bilərsiniz, custom maşınlardan istifadə edə bilərsiniz və icma eventlərinə qoşula bilərsiniz.

Güclü kompüterin yoxdur?

Problem deyil — Bakı və Xırdalandakı tərəfdaş oyun mərkəzlərimizdə hazır kompüterlərdən istifadə edərək FivemAze-də oynaya bilərsiniz.

Oyun mərkəzlərinin siyahısına bax →

Tez-tez qarşılaşılan problemlər

FiveM açılmır və ya yüklənmə zamanı ilişib qalır

Antivirus proqramınızın FiveM-i bloklamadığından əmin olun və klienti "Administrator olaraq işə sal" seçimi ilə açın. İnternet bağlantınızı da yoxlayın. Problem davam edərsə, FiveM klientini tamamilə silib yenidən quraşdırmaq adətən kömək edir.

"Connection failed" və ya qoşulma xətası çıxır

Bu adətən müvəqqəti server və ya şəbəkə problemidir. Birbaşa qoşulma linkindən (https://cfx.re/join/koyopr) yenidən cəhd edin. Server vəziyyətini əvvəlcədən /status səhifəsindən yoxlaya bilərsiniz.

Oyun aşağı FPS ilə işləyir

GTA V-nin qrafika parametrlərini aşağı salın, FiveM-in öz ayarlarından "MSAA" və kölgə keyfiyyətini azaldın. Kompüteriniz kifayət qədər güclü deyilsə, tərəfdaş oyun mərkəzlərimizdən istifadə edə bilərsiniz.

GTA V-ni satın almadan FivemAze-də oynaya bilərəmmi?

Xeyr, FiveM lisenziyalı GTA V tələb edir. Ancaq kompüteriniz və ya oyun kopyanız yoxdursa, Bakı və Xırdalandakı tərəfdaş oyun mərkəzlərimizdən pulsuz şəkildə istifadə edə bilərsiniz.